BAKI, 24 fevral. TELEQRAF
ABŞ ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının yüksək səviyyəli sessiyasının açılışına heç bir nümayəndə göndərməyib.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Respublikaçı üzvləri ölkənin BMT-dən çıxması və bu qurumun maliyyələşməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Senator Mayk Linin təqdim etdiyi layihə qəbul edildikdən sonra ölkə həm təşkilatın tərkibindən çıxacaq, həm də maliyyələşməni tamamilə dayandıracaq. Hakim partiyanın senatorları BMT-nin ABŞ-nin maraqlarına uyğun gəlməyən siyasət yürütdüyünü bildirir.