
BAKI, 24 fevral. TELEQRAF
"Bakının Sabunçu rayonunda 15 nəfərin zəhərlənməsinə səbəb olan spirt qida deyil, texniki spirtdir, bu isə bizim nəzarət sahəmizə aid deyil".
AQTA-dan bu barədə Teleqraf-ın sorğusuna cavabda bildirilib.
"Ona görə suallarınızı hüquq-mühafizə orqanlarına ünvanlayın", - deyə qeyd edilib.
Xatırladaq ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.