
BAKI, 24 fevral. TELEQRAF
İstanbul danışıqları Ukrayna münaqişəsinin həlli üçün əsas götürülə bilər.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra deyib.
“İstanbul danışıqları Ukrayna münaqişəsinin həlli üçün əsas götürülə bilər. Cənab Putin dəfələrlə söyləyib ki, (üç il əvvəl) İstanbulda sazişin imzalanması an məsələsi idi. Sonra Ukrayna nümayəndələri də bəyan elədilər ki, “bəli, üç il əvvəl imzalamağa hazır idik, amma Britaniya bizə qadağa qoydu”.
ABŞ ilə danışıqlara gəlincə, Ər-Riyaddakı görüşdə razılaşdıq ki, dialoq kanallarımız açıq olsun”, - nazir vurğulayıb.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də müharibə başladıqdan sonra (martda) Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada görüşüblər. Həmin ay İstanbulda daha genişmiqyaslı danışıqlar keçirilib.