
BAKI, 24 fevral. TELEQRAF
Xarici liderlər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümündə Kiyevə səfər ediblər.
Teleqraf xəbər verir ki, bu gün səhər saatlarında ilk olaraq Avropa Komissiyasının sədri Ursula Fon der Leyen və Avropa Şurasının sədri Antonio Koşta Ukraynanın paytaxtına gəlib.
Finlandiya, Danimarka, İslandiya, Norveç, İsveç, Litva və Latviya prezidentləri, Kanada, İspaniya və Estoniya baş nazirləri də Ukraynadadırlar.
Leyen səfəri çərçivəsində bəyan edib ki, Avropa İttifaqı mart ayında Ukraynaya 3,5 milyard avro yardım edəcək.
Litva Prezidenti Gitanas Nauseda isə Ukraynanın Aİ-yə üzvlük tarixinin müəyyən edilməsi təklifini verib.
Qərb liderlərini Kiyev dəmir yolu stansiyasında Prezident Aparatının rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.