BAKI, 24 fevral. TELEQRAF

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının sabiq direktor müavini, inzibatçı və film direktoru Aydın İmrani bu gün 77 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu haqda Aydın İmraninin yaxınları məlumat veriblər.

Qeyd edək ki, Aydın İmrani inzibatçı və film direktoru olaraq Azərbaycan kinosunda 1979-cu ildən fəaliyyət göstərib. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışıb. 1980-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərib.