BAKI, 13 may. TELEQRAF

Rusiyanın Qaraçay-Çərkəz Respublikasından olan güləşçi A.M.Abdullayev Blaqoveşenskdə keçirilən yarış zamanı Rusiya himni səsləndirilərkən ayağa qalxmayıb.

Teleqraf xəbər verir ki, Abdullayev 2 min rubl (41 manat) cərimə olunub. Bu barədə şəhər məhkəməsinin "Telegram" kanalı məlumat yayıb .

Hadisə 2025-ci ilin fevralında baş verib. Abdullayev qanun pozuntusunu etiraf edib, himn səsləndirilərkən bilmədən ayağa qalxmadığını deyib.

O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin dövlət rəmzlərindən istifadə qaydasının pozulmasına, o cümlədən himnə hörmətsiz münasibətə görə məsuliyyətə cəlb olunub.