BAKI, 17 mart. TELEQRAF

Qitə Hokkey Liqasında (KHL) Rusiyanın "Salavat Yulayev" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçirilmiş oyun zamanı dava baş verib.

Teleqraf xəbər verir ki, ikinci dövrənin sonlarında "Salavat Yulayev"in hokkeyçisi Denis Yan kanadalı rəqib oyunçu Nikolas Meloşu meydançanın kənarında itələyib. Komanda yoldaşı Roman Qorbunov Meloşun qisasını Yandan almağa çalışıb. "Buz döyüşü"ndən Yan qalib ayrılıb. O, Qorbunovu bir neçə saniyəyə buz üstünə sərib.

Nəticədə hər iki hokkeyçi meydandan qovulub.

KHL-in İdman-İntizam Komitəsi Qorbunovu davanın qızışdırıcısı kimi pul cəriməsinə məruz qoyub.

Qeyd edək ki, görüş "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 3:1.