
BAKI, 7 fevral. TELEQRAF
AFFA-nın U-8-dən U-14-dək uşaq liqalarında bu həftə keçirilməli olan oyunlar təxirə salınıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb hava şəraitinin kəskin keçəcəyidir.
U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.
Qeyd edək ki, yarışlar 8-9 fevralda keçirilməli idi.