21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025 - 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, martda başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrınadək davam edəcək.