BAKI, 4 dekabr. TELEQRAF

Dekabrın 1-də səhər saatlarında paytaxtın Yasamal rayonunda evlərin birinin qarşısından “VAZ-2106” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 32 yaşlı E.Məmmədov və R.Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.