BAKI, 8 sentyabr. TELEQRAF

Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan Fransanın İrəvana yeni təyin olunmuş səfiri Florian Eskudyeni etimadnamələrinin surətlərinin təqdim edilməsi ilə əlaqədar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi məlumat yayıb.

Nazir müavini yeni səfirin Ermənistan-Fransa münasibətlərinin daha da möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

Görüş zamanı həmsöhbətlər ikitərəfli gündəlikdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparıblar, Ermənistan-Fransa strateji tərəfdaşlığı haqqında birgə bəyannamədə qeyd olunan sahələrdə əməkdaşlığın təşviqi və yeni təşəbbüslərin icrası məsələlərinə toxunublar. Bu kontekstdə ikitərəfli gündəliyin əsas sahələri kimi ticari-iqtisadi və infrastruktur sektorlarında əməkdaşlığın vacibliyi də vurğulanıb.