BAKI, 8 sentyabr. TELEQRAF
2026-cı ilin ən yaxşı klubu adına namizədlər müəyyənləşib.
Teleqraf xəbər verir ki, PSJ, “Bavariya”, “Arsenal”, “Flamenqo” və “Budo/Qlimt” mükafat uğrunda mübarizə aparacaq.
PSJ bu mövsüm Çempionlar Liqasını ikinci dəfə ardıcıl qazanıb. Paris təmsilçisi, həmçinin Fransa çempionu, Qitələrarası Kubokun və UEFA Super Kubokunun qalibi olub.
“Bavariya” ölkə daxilində üç titul əldə edib. “Arsenal” İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının finalına yüksəlib. “Flamenqo” isə Braziliya çempionu və Libertadores Kubokunun qalibi olub.
Norveçin “Budo/Qlimt” klubu isə Çempionlar Liqasında “Atletiko”, “Mançester Siti” və “İnter” üzərində qələbələri ilə diqqət çəkərək 1/8 finala yüksəlib.
Qalib beynəlxalq idman jurnalistlərindən ibarət münsiflər heyətinin səsverməsi ilə müəyyənləşəcək. Beş namizəddən iki klub seçiləcək. Qalib 2, ikinci yerin sahibi isə 1 xal qazanacaq.
Mükafatın qalibi oktyabrın 26-da “Qızıl top”un təqdimetmə mərasimində açıqlanacaq.