BAKI, 10 iyul. TELEQRAF

Türkiyənin Bursa şəhərinin Nilufər qəsəbəsində meşə yanğını baş verib.

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, Maksempınar məhəlləsində başlayan yanğının söndürülməsi üçün helikopterlər havaya qaldırılıb.

Yanğın 7 saatdan sonra nəzarət altına alınıb.