MİNGƏÇEVİR, 19 dekabr. TELEQRAF

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobillə toqquşan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq “Siyəzən Broyler”ə məxsus yük maşınına çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı “Hyundai”ın sürücüsü Elşən Aslanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.