BAKI, 19 dekabr. TELEQRAF
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.
Teleqraf xəbər verir ki, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.