BEYLƏQAN, 19 dekabr. TELEQRAF

Beyləqanda kanalizasiya quyusuna düşərək ölən Uğur ailənin tək oğlu olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu barədə Uğurun atası Elmidar İmanov danışıb.

"Uşaq həyətdə oynayırmış, biz görməmişik. Axtaranda məlum oldu ki, kanalizasiya quyusuna düşüb" - ata əlavə edib.

Ailənin Uğurdan başqa daha iki qız övladı var.

***

14:08

Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Tatalılar kəndində baş verib.

Kənd sakini 2023-cü il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.