BAKI, 19 dekabr. TELEQRAF

Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70 kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.

***

10:22

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən Teleqraf-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

10:20

Sumqayıt yaxınlığında restoran yanır.

Teleqraf xəbər verir ki, baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.