BAKI, 20 dekabr. TELEQRAF
Ac olduğumuz zaman bəzi qidalar acqarına qəbul edildikdə mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ac qarına yeyilməməsi məsləhət olan 8 məhsulun adını açıqlayıb.
Tibb elmlər doktoru Robin Çatkan bildirib ki, səhər tezdən qəhvə içmək mədə turşusunun artmasına və reflüksə yol aça bilər. Acı yeməklər isə insanlarda qarın ağrısı və ishala səbəb ola bilər.
Dietoloq Cohanna Salazar qəhvə içməzdən öncə zülal və yağla zəngin qida qəbul edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu mədənin həzmini asanlaşdırır və narahatlıq yaradacaq təsirləri aradan qaldırır.
Tibb elmlər doktoru Robin Çatkan əlavə edib ki, acqarına şirniyyatların qəbulu qanda şəkərin miqdarını sürətlə yüksəldə, bədəndə enerjini azalda bilər. Həmçinin kofeinli çaylar, xüsusilə qara çay, mədədə qıcıqlanma yarada bilər. Həkimlər ac qarına şirniyyat qəbulunu da məsləhət görmürlər.
Həkim ədviyyatlı qidaların ac qarına qəbulunun qarın ağrısı və ishala yol aça biləcəyini qeyd edirlər.
Siyahıya həmçinin qatıq (turşuluğa həssas şəxslərdə narahatlıq yarada bilər), qazlı içkilər (şişkinlik və gəyirmə), yağda qızardılmış qidalar (həzm prosesini çətinləşdirir) və sitrus meyvəli şirələr (selikli qişanı qıcıqlandıra bilər) daxildir.
Mütəxəssislər bu məhsulların ac qarına deyil, digər qidalarla birlikdə qəbul edilməsini tövsiyə edirlər.