BAKI, 20 dekabr. TELEQRAF
Rusiya hökuməti Müdafiə Nazirliyinə bir sıra Avropa ölkələri ilə hərbi sazişləri dayandırmağa icazə verib.
Teleqraf xəbər verir ki, bununla bağlı qərar hüquqi aktların rəsmi portalında dərc olunub.
Sənədə əsasən, Rusiya Müdafiə Nazirliyi Bolqarıstan, Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Böyük Britaniya, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə bağlanmış bir sıra beynəlxalq hərbi müqavilələrin icrasını dayandıra biləcək. Qeyd olunan sazişlər 1992-2002-ci illər ərzində imzalanıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bəzi Avropa liderlərinin aqressiv mövqe sərgilədiyini bəyan etmişdi.