ASTARA, 19 dekabr. TELEQRAF
Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İranda tapılıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Xəzər dənizinin İran tərəfində meyit tapılıb.
İtkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti İran tərəfində tapılıb.
Meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

***
11:30
Astarada itkin düşmüş iki balıqçıdan birinin meyiti tapılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, 9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.