BAKI, 19 dekabr. TELEQRAF
Bakıda 22 yaşlı qadın çoxmərtəbəli yaşayış binasından yıxılaraq ölüb.
Teleqraf xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında kirayədə yaşayan 22 yaşlı G.Abdullayeva yaşadığı binanın son mərtəbəsindən yıxılıb.
Məlumata görə, mərhum həmin ünvanda kirayənişin olub.
Faktla bağlı araşdırma aparılır.