BAKI, 18 dekabr. TELEQRAF
Bakıda “Poz-qazan” lotereyası oynayan 1963-cü il təvəllüdlü Əbdüləli Məmmədov (soyad şərtidir) satıcını bıçaqlayıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkının girişində qeydə alınıb.
Belə ki, Əbdüləli satıcıya yaxınlaşaraq “Poz-qazan” almaq istəyib. Lakin satıcı ona əvvəlki borcunu ödədikdən sonra lotereya bileti verə biləcəyini bildirib.
Telefonunu girov qoyan Əbdüləli Məmmədov pulu gətirəcəyini bildirib və bir qədər sonra hadisə yerinə qayıdaraq satıcını bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.