Birləşmiş Ştatlar Ukraynadakı müharibəyə son qoymaq üçün çox vaxt sərf edib. Bu müharibənin hələ bitməməsinin bir səbəbi var; bu bizim müharibəmiz deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, dünyada hər iki tərəflə həqiqətən danışıqlar apara biləcək yalnız bir ölkə var: "Bu, ABŞ-dır. Danışıqlar gedir. Biz həm Ukrayna, həm də Rusiyanın razılaşa biləcəyi bir kompromis axtarırıq. Eyni zamanda, görünür, heç bir tərəf təslim olmağa hazır deyil. Son qərarı Ukrayna və Rusiya verəcək ", - deyə rəsmi qeyd edib.