BAKI, 20 dekabr. TELEQRAF
17 yaşlı isveçli yarımmüdafiəçi Vinsent İbrahimoviç "Milan"la ilk peşəkar müqaviləsini imzalayıb.
Teleqraf xəbər verir ki, Vinsentin böyük qardaşı, "Milan"ın 19 yaşadək futbolçular komandasının oyunçusu Maksimilian İbrahimoviç artıq İtaliya klubunda oynayır.
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç 2010-2012 və 2020-2023-cü illərdə "Milan"da oynayıb. "Milan" onun son klubu olub.