BAKI, 20 dekabr. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio Kubadakı vəziyyəti fəlakət adlandırıb.

Teleqraf xəbər verir ki, Rubio bu fikirləri açıqlamasında səsləndirib. Onun sözlərinə görə, Kubada yaranmış vəziyyət son dərəcə ağırdır.

“Kuba fəlakətdir, əsl fəlakət. Məsələ təkcə onların (hakimiyyətin – red.) marksist və terrorçu olmasında deyil. Onlar səriştəsizdirlər, bu ölkəni də məhz səriştəsizlikləri ilə məhv ediblər”, – deyə Rubio bildirib.

Qeyd edək ki, daha əvvəl Kuba hakimiyyəti ABŞ-ni ölkə ərazisində elektromaqnit maneələri yaratmaqda ittiham etmişdi.