BAKI, 20 dekabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Suriyada terrorçu “İslam Dövləti” qruplaşmasının (İŞİD) mövqelərinə qarşı hava zərbələrinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyatlarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar və hərbi helikopterlər iştirak edib. Hava zərbələri zamanı İŞİD-ə aid onlarla obyekt, o cümlədən silah anbarları hədəfə alınıb.

Nəşrin yazdığına görə, ABŞ-nin yaxın günlərdə də Suriyada terrorçulara qarşı hərbi əməliyyatları davam etdirməsi ehtimal olunur.