BAKI, 20 dekabr. TELEQRAF
Yaponiya Baş naziri Sanae Takaıçi ABŞ Prezidenti Donald Trampın Çinə mümkün səfərindən əvvəl Vaşinqtona rəsmi səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Sankei" qəzeti məlumat yayıb.
Bildirilir ki, məqsəd Yaponiya-ABŞ alyansının möhkəmliyini vurğulamaq və Yaponiya-Çin münasibətlərindəki kəskin gərginlik fonunda iki ölkə arasında koordinasiyanı gücləndirməkdir.
Nəşrin yazdığına görə, səfər üçün mümkün tarixlər arasında 2026-cı ilin əvvəli və ya Yaponiya parlamentində 2026 maliyyə ili üzrə büdcə layihəsi qəbul edildikdən sonra mart ayı nəzərdən keçirilir. Səfər çərçivəsində Takaıçi Tramp ilə Tokio–Pekin münasibətlərindəki gərginliyi, eləcə də Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsi planlarını müzakirə etməyi planlaşdırır.