BAKI, 20 dekabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətinə ballistik raketlərlə kütləvi zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” kanalında məlumat verib.

Bildirilir ki, hücum nəticəsində azı 7 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Kiperin sözlərinə görə, zərbələr Odessa rayonunda yerləşən liman infrastrukturuna aid obyektlərdən birinə endirilib. Hücum zamanı ballistik raketlərdən istifadə edilib. Zərbələr nəticəsində yük avtomobillərinin saxlandığı dayanacaqda yanğın baş verib.

O qeyd edib ki, xilasetmə və fövqəladə xidmətlərin işi davam edir, lakin bölgədə hava həyəcanının davam etməsi səbəbindən əməliyyatlar çətinləşib.