BAKI, 5 iyul. TELEQRAF
Kür çayının Sabirabad rayonu Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışlar nəticəsində çayda batmış 2005-ci il təvəllüdlü Nəmiyev Eldəniz Cabir oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
09:21
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.