GƏNCƏ, 4 iyul, TELEQRAF
Gəncədə fərdi yaşayış evi yanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində Zeynal Xəlil küçəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb.
İlkin məlumata görə, evdəki partlayış yanğına səbəb olub.
Hadisə nəticəsində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Şərif Musayev xəsarət alıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Ona ilkin tibbi yardım göstərilib vəziyyəti kafidir. 45 kv/m- dən ibarət olan yarım tikili əşyaları ilə birgə yanıb.
Alovun digər evlərə keçməsinin qarşısı alınıb.
Hadisə yerində FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın üç yanğın söndürən avtomobili və iyirmidən artıq canlı qüvvə cəlb olunub.
***
16:01
GƏNCƏ, 4 iyul. TELEQRAF
Gəncədə fərdi yaşayış evi yanır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində, fərdi yaşayış evlərindən birində qeydə alınıb.
İlkin məlumata görə, evdə anidən yanğın başlayıb.
Hadisə yerində FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri və canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində tədbirlər görülür.