Bakı, 31 mart. TELEQRAF

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpənin ölümü ilə bağlı araşdırma başlayıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son 10 gün ərzində Sabirabad Rayon Mərkəzi Xəstəxanasınnın Doğum şöbəsində yeni doğulan üç körpənin ölüm xəbəri yayılıb.