
TOVUZ, 20 mart. TELEQRAF
Tovuz rayonunda yaş yarımlıq körpənin evdə tək qalmasının bəzi detalları məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
İlkin məlumata görə, körpənin səsini qonşular eşidib və aidiyyəti qurumlar mənzilə dəvət olunub. Körpəninin anasının Göygöl rayonundan olduğu və Tovuz rayonunda kafelərdən birində çalışdığı deyilir.
Faktla bağlı araşdırma başlanşlıb.
20:48
Evdə üç gün tək buraxılan bir yaş yarımlıq körpə sağ qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, üç gün evdə tək qalan körpə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, körpənin anası Göygöl rayonundandır və Tovuzda kirayədə qalıb.
Körpə də kirayədə olan mənzildə tapılıb. Qadının azyaşlı övladını hansı səbəbdən evdə tək qoyub getməsi açıqlanmır.
Faktla bağlı araşdırma başlanılıb