
BAKI, 21 mart. TELEQRAF
Kolumbiyada üsyançı qrup Venesuela ilə sərhəddə yerləşən Arauca departamentində neft kəmərini partlatmağa cəhd edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli "El Tiempo" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, üsyançılar Kano Limon neft kəmərinin müxtəlif hissələrində eyni vaxtda iki partlayış törədiblər.
Nəticədə Bisentenario neft kəməri zədələnib.