
BAKI, 21 mart. TELEQRAF
Goranboy rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Goranboy rayonunun Yeni Yol kəndində ferma ərazisində 80 ton ot bağlaması yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.