BAKI, 21 mart. TELEQRAF

Samux rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Samux rayonunun Yuxarı Ağasıbəyli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə və digər otağın tavanı 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.