
BAKI, 21 mart. TELEQRAF
Londonun "Hitrou" hava limanını enerji ilə təmin edən elektrik stansiyasında patylayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.
“Aeroportun elektrik enerjisi kəsilib. Sərnişinlərimizin və həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün 21 mart 2025-ci il saat 23:59-a qədər "Hitrou"nu bağlamaqdan başqa çarəmiz yoxdur”, - hava limanından verilən məlumatda bildirilib.