
BAKI, 21 mart. TELEQRAF
Azərbaycanda dələduzluğa görə axtarışda olan şəxslərin həbs edilməsi üçün tədbirlər görülür.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının martın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.