
BAKI, 20 mart. TELEQRAF
Yaponiyada Japan Air Commuter (JAC) təyyarəsini havaya qalxdıqdan dərhal sonra ildırım vurub.
Teleqraf xəbər verir ki, bu barədə "Aviation Herald" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə təyyarə Amakusadan Kumamotoya uçuş həyata keçirərkən baş verib. İldırım təyyarəni vurduqdan sonra pilotlar hava limanına qayıtmağa qərar verib. Nəşr bildirib ki, təyyarənin göyərtəsində 14 nəfər olub.