
BAKI, 20 mart. TELEQRAF
Gorus və Basarkeçər istiqamətlərindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.