
TOVUZ, 20 mart. TELEQRAF
Bəzi sürücülər bayram günlərində şəhərdaxili yollarda nəqliyyatın nisbətən az olmasını fürsət bilərək sürət həddini aşır, təhlükəli manevrlər edir və digər kobud qayda pozuntularına yol verirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Teleqraf-a bildirilib ki, bu cür məsuliyyətsiz davranışlar ağır yol qəzalarına səbəb olaraq bayram sevincini faciəyə çevirə bilər.
BDYPİ bir daha sürücülərə müraciət edərək yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, ehtiyatsızlıq və tələskənlikdən çəkinməyə çağırır.
"Unutmayın ki, bayram süfrəsində yaxınlarınızla bir yerdə olmaq üçün ən vacib şərt yollarda təhlükəsiz hərəkət etməkdir. Bayramı sevinc içində keçirmək üçün qaydalara əməl edin, özünüzü və başqalarını qoruyun!" - müraciətdə bildirilir.