
BAKI, 21 mart. TELEQRAF
Praqada "Bir Dünya Film Festivalı " nın mükafatlandırma mərasimi Luzern sarayında anonim bomba təhlükəsi səbəbindən yarımçıq qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Idnes" portalı məlumat yayıb.
“Təxminən 2000 adam metropolun mərkəzindəki sarayı tərk etmək məcburiyyətində qalıb”, – nəşr yazır.
Həmin vaxt sarayda məzun balı da keçirilirdi. Bütün insanlar təxliyə edilib.
Polis anonim zəngin müəllifini axtarır.