.jpg)
BAKI, 10 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask növbəti dəfə Polşanın xarici işlər naziri Radoslav Sikorskini "Sorosun kuklası" adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Mask "X" hesabında paylaşım edib.
Daha əvvəl Sikorskini "kiçik adam" adlandıran Mask bu dəfə onun Corc Sorosla münasibəti olduğunu iddia edən bir istifadəçinin "X" postuna “Bəli, o, Sorosun kuklasıdır” deyə cavab verib.