BAKI, 25 fevral. TELEQRAF

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb.

Bildirilib ki, həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.