
BAKI, 25 fevral. TELEQRAF
Qusar rayonunun Yuxarı Ləgər kəndində həyətyanı sahədə ümumi sahəsi 30 m² olan talvarın altında dayanan “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, talvar və altında yığılan odun yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.