BAKI, 8 fevral. TELEQRAF

Azərbaycanda polis əməkdaşları dələduzluq edən şəxslərlə bağlı əməliyyat tədbirlərini davam etdirirlər.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının fevralın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq, istintaqa təhvil verilib.