BAKI, 8 fevral. TELEQRAF

İtaliyanın Aeolian adalarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın Seysmologiya Bürosu məlumat yayıb.

Episentri Alicudi və Filicudi adalarının arasında olan zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra 8 afterşok qeydə alınıb.

Zəlzələ İtaliyanın Siciliya adasında, Messina, Kataniya və Palermo şəhərlərində hiss olunub.

Dağıntı və insan tələfatı yoxdur.