ŞƏMKİR, 7 fevral. TELEQRAF

Fevralın 6-da Daşkəsəndə 1 yaşlı qızın səhhəti kəskin pisləşib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, rayon sakini 2024-cü il təvəllüdlü Sunay Səbuhi qızı Məmmədova yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını qurtarmaq mümkün olmayıb.

Araşdırmalar zamanı S.Məmmədovanın bədən temperaturunun kəskin yüksəlməsi səbəbdən vəfat etdiyi müəyyənləşib.