
BAKI, 7 fevral. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da ümumi çəkisi 27,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 9,8 kiloqrama yaxın heroin, 15,5 kiloqrama yaxın marixuana, 2,1 kiloqramdan çox həşiş, həmçinin 22 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.