
BAKI, 7 fevral. TELEQRAF
Abşeron rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili 15 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şamaxı şəhərində ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və əşyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.