
Bakı, 7 fevral. TELEQRAF
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 150 m² olan 5 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 150 m² tikilinin yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunun Yeni Daşkənd kəndində ümumi sahəsi 70 m² olan 4 otaqdan ibarət köməkçi tikilinin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.